"Radikalizmə yox deyək!" mövzusu Samuxda müzakirə edilib
Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində "Radikalizmə yox deyək!" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, Qəyyumluq və himayəçilik komissiyasının katibi Fərid Rüstəmov iştirak ediblər.
Çıxışlar zamanı radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yollarından bəhs edilib. Radikalizmlə mübarizədə ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmi vurğulanıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib.

