Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2026 / Bölgə xəbərləri

Qusardakı hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Fevralın 18-i və 19-da Qusar rayonunda yerləşən hərbi hissələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmlənməsində ordu və dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Elnur Ağasiyev, Qusar şəhəri “Mustafa Kazdal” məscidinin imamı Fəryaddin Rəhimxanov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlarda müstəqilliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin hər bir vətəndaşın, xüsusilə də hərbi qulluqçuların üzərinə düşən vəzifə olduğu vurğulanıb. Ordunun cəmiyyətin mənəvi dəyərləri ilə sıx bağlılığının ölkənin təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlətin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Milli-mənəvi dəyərlərin qorunmasının və təbliğinin sağlam ideoloji mühitin formalaşmasına töhfə verdiyi qeyd olunub. Sonda belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.