Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2025 / Bölgə xəbərləri

Qusardakı hərbi hissədə tədbir keçirilib

Martın 12-də Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qusar şəhər “Mustafa Kazdal” məscidinin imamı Fəryaddin Rəhimxanov və hərbçilər iştirak ediblər.

 

Çıxışlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. O da qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.