Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2025 / Bölgə xəbərləri

Qusardakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Aprelin 9-da Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Qusar şəhər “Mustafa Kazdal” məscidinin imamı Fəryaddin Rəhimxanov, hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.