Qusardakı hərbi hissədə dini radikalizmlə mübarizə mövzusu müzakirə edilib
Dekabrın 10-da Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların rolu və vəzifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Osmanbəy Rəcəbov, Qusar şəhəri “Mustafa Kazdal” məscidinin imam müavini Alim Ələdinov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda dini radikalizm, ekstremizmin yaranma səbəbləri və ağır fəsadları barədə məlumat verilib. Respublikamızda dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Həmçinin dini ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların rolu və vəzifəsindən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

