Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2025 / Bölgə xəbərləri

Qusarda "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusu müzakirə olunub

Oktyabrın 16-da Qusar Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda yeniyetmə və gənclərin radikalizm və ekstremizm təhlükəsindən qorunmasının önəmi xüsusi vurğulanıb. Sağlam vətəndaş cəmiyyətinin formalaşmasında düzgün dini və milli dəyərlərin təbliği zərurəti qeyd olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər müvafiq qurumların radikalizmə qarşı mübarizədəki rolu və vəzifələri diqqətə çatdırılıb.