Qusarda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Avqustun 14-də Qusar rayonu Hil kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib.
Tədbirdə müvafiq qurumların əməkdaşları, Qusar rayonu Hil kənd sakinləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, mənəvi dəyərlər tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxıb. Bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli birliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət- ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərimizin qorunması vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Maarifləndirmə tədbirində Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tariximiz, mədəniyyətimiz, milli bayramlarımız haqqında fikirlər səsləndirilib.


