Qusarda “Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu” mövzusunda tədbir keçirilib
Mayın 2-də Qusar rayonu Piral kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Vurğulanıb ki, 2018-ci ildə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək, ilahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək, eləcə də milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb.


