Qusarda maarifləndirmə tədbiri keçirilib
Martın 13-də Qusar rayonu Urva kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Yeniyetmə və gənclərin zərərli vərdişlərdən yayınmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda yeniyetmə və gənclərin zərərli vərdişlərdən yayınmasında mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Bildirilib ki, gənclər vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalıdırlar.

