Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2024 / Bölgə xəbərləri

Qusarda maarifləndirmə tədbiri keçirilib

Fevralın 27-də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qusar Rayon İcra Hakimiyyəti, Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombusmanın) Şimal regional Mərkəzinin birgə təşkilatçılığı ilə Qusar şəhərində, “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, İcra Hakimiyyətinin başçısı Aparatının Hüquq şöbəsinin müdiri Telman Kazımov, Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq–mühafizə orqanlarının əməkdaşları, gənclər, eləcə də din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın fəsadlarından və ölkədə narkomaniyaya qarşı aparılan tədbirlərdən bəhs olunub. Sağlam nəslin formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlər sırasında mühüm istiqamətlərdən birinin narkomaniya ilə mübarizə olduğu vurğulanıb. Qeyd edilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadiyyata ciddi zərbə vurur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.