Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.01.2023 / Bölgə xəbərləri

Qusarda “Dini radikalizm və ekstremizm: fəsadları və qorunma yolları” mövzusunda seminar keçirilib

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin və Qusar Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizm: fəsadları və qorunma yolları” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, din xadimləri, liseyin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm anlayışı, dini radikalizmin və ekstremizmin yaranmasının səbəbləri, fəsadları, bu zərərli məfhumlardan qorunmağın yolları və gənclərin bu sahədə rolu haqqında məlumat verilib. Həmçinin dini radikalizmlə mübarizə çərçivəsində DQİDK tərəfindən və müvafiq qurumlarla birgə ardıcıl iş aparıldığı, maarifləndirici tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb, eləcə də dini radikalizmə qarşı effektli mübarizədə savadlı və bilikli gənclərin yetişdirilməsinin vacibliyi vurğulanıb.  

Sonda iştirakçıların sualları cavablandırılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat hədiyyə edilib.