Qusarda dini radikalizm mövzusu müzakirə olunub
Martın 4-də Qusar rayonu Hil kəndi 1 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Zakir Rəşidov, müəllimlər və məktəblilər iştirak ediblər.
Dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

