Qusar və Beyləqanda maarifləndirmə tədbirləri keçirilib
Fevralın 3-də Qusar rayonu Çiləgir kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, maarifləndirici tədbirin əsas məqsədi yeniyetmə və gənclərin radikalizm və ekstremizm kimi zərərli ideologiyaların təsirindən qorunmasıdır. Gənclərin düzgün dini biliklərə yiyələnməsi və sağlam dünyagörüşünün formalaşdırılması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
*** *** ***
Fevralın 3-də Beyləqan rayonunda “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda maarifləndirci tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, rayon Peşə məktəbinin müəllimləri və tələbələr qatılıblar.
Çıxışlarda ailə institutunun cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlərin qorunması və ailə münasibətlərinin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, sağlam ailə cəmiyyətin dayağı və gələcək nəsillərin formalaşmasında mühüm amildir. Eyni zamanda, ailə dəyərlərinin təbliği və gənclərin bu ruhda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.



