Qubada "Zəfərə aparan yol: milli və dini həmrəylik" mövzusu müzakirə olunub
Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunun Alpan kəndində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb, 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi Zəfərdə milli və dini həmrəyliyin rolundan bəhs olunub. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.


