Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2024 / Bölgə xəbərləri

Qubada “Radikal dini cərəyanlar tərəfindən insan hüquqlarının pozulması” mövzusunda tədbir keçirilib

İyunun 10-da Quba rayonunun Talabıqışlaq kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanlar tərəfindən insan hüquqlarının pozulması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev,  İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, müvafiq qurumların əməkdaşları, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə insan hüquq və azadlıqlarına, eləcə də milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verilir. Ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb. Bu gün Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir. O da qeyd olunub ki, bu şəraitdən sui-istifadə edən radikal dini cərəyanlara  qarşı hamılıqla mübarizə aparılmalıdır, bu sahədə din xadimlərinin  və ziyalıların üzərinə mühüm vəzifələr düşür.

Tədbir müzakirələrlə davam edib.