Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.12.2022 / Bölgə xəbərləri

Qubada multikulturalizmə həsr olunmuş kitabların təqdimatı keçirilib

Dekabrın 29-da Quba rayon Tarix-diyarşunaslıq muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı kitabların təqdimatı baş tutub.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, gənclər, din xadimləri iştirak ediblər.

Çıxış edənlər ölkəmizdəki multikulturalizm siyasətinin yüksək səviyyədə olduğunu, bu siyasətin inkişaf etdirilməsi üçün Prezident cənab İlham Əliyev tərəfindən imzalanan sənədlərdən, aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların müstəqil şəkildə öz ayinlərini həyata keçirməsi barədə ətraflı məlumat veriblər. Eyni zamanda təqdimatı həyata keçirilən kitabların bu baxımdan əhəmiyyətindən danışılıb və xarici ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisində bu kitabların istifadəsi və ədəbiyyat siyahısına daxil edilməsi uğurlu seçim kimi qiymətləndirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.