Qubada maarifləndirmə tədbiri keçirilib
Martın 3-də Quba şəhər “Cümə” məscidində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizm anlayışı, dini radikalizmin və ekstremizmin yaranmasının səbəbləri və onun fəsadları barədə məlumat verilib. Gənclərin dini radikalizmə qarşı mübarizədə fəal olmalarının əhəmiyyəti qeyd edilib. Bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.


