Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2024 / Bölgə xəbərləri

Qubada "Erkən nikah: hüquqi və mənəvi müstəvidə" mövzusu müzakirə olunub

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir təşkil olunub.

Rayonun Alekseyevka kəndində baş tutan tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, pedaqoqlar, gənclər və yeniyetmələr  iştirak ediblər.

Çıxışlarda erkən nikahın yaranmasına səbəb olan amillər və yaratdığı fəsadlardan bəhs edilib. Eyni zamanda erkən nikahın fərdlərə psixoloji və fiziki baxımdan vurduğu zərərlərin gələcək həyatlarına da mənfi təsir etdiyi vurğulanıb. Bu kimi neqativ halların olmaması üçün hər kəsin təbliğat işində aktiv olmasının vacibliyi bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.