Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2026 / Bölgə xəbərləri

Qubada dini radikalizm mövzusu müzakirə olunub

Martın 6-da Quba rayonu Xucbala kəndində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində: hüquqi aspektlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba- Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Rayon İcra Hakimiyyət başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, rayon Təhsil Sektorunun əməkdaşı Turqay Kərimov, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Çıxış edən natiqlər dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan söz açıblar. Dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyi bildirilib. Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından da danışan natiqlər Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu vurğulayıblar.