Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.12.2022 / Bölgə xəbərləri

Qubada “Azərbaycanda erməni vandalizminin izləri: Beynəlxalq hüquq və dini aspektdə” mövzusunda konfrans keçirilib

Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Azərbaycanda erməni vandalizminin izləri: Beynəlxalq hüquq və dini aspektdə” mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK-nın bölgə üzrə şöbə müdiri Ramin Xudayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, din xadimləri, dini icma sədrləri, ziyalılar və təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən bəhs olunub. Vurğulanıb ki, Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzünün qurbanla­rı təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi-dini abidələr və ziyarətgahlarımızdır. O da bildirilib ki, Şərqi Zəngəzur və Qarabağ bölgələrindəki abidələrimiz, o cümlədən digər mədəniyyət nümunələrimiz ermənilər tərəfindən dağıdılıb, təhqir olunub. 

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.