Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2022 / Bölgə xəbərləri

Quba rayonunda Zəfər Günü və Bayraq Günü qeyd edilib

Quba rayonunda Zəfər Günü və Bayraq Günü qeyd edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı,  din xadimləri və dini icma sədrlərinin iştirakı ilə rayonun Şəhidlər xiyabanı və Bayraq muzeyi ziyarət olunub.

Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovun işitirak etdiyi tədbirlərdə xalqımızın əldə etdiyi tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmaqdadır.