Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2024 / Bölgə xəbərləri

Qobustanda tolerantlıq mövzusuna həsr olunmuş tədbir keçirilib

Noyabrın 14-də Qobustan rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Qobustan DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsini icra edən Vasif Zamanov, dini icma sədrləri, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda mövcud olan tolerantlıq ənənələri və multikulturalizm mühitindən danışılıb, ölkəmizdə tolerantlığın və multikulturalizmin dərin tarixi və mədəni köklərindən bəhs edilib.

Tədbir mövzu ətrafında diskussiya ilə davam edib.