Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2024 / Bölgə xəbərləri

Qobustan rayonunda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə olunub

Fevralın 22-də Qobustan rayonunun Cəmcəmili kənd Rauf Babaşov adına tam orta məktəbində Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Rayon Ağsaqqallar Şurasının üzvü Məhəmməd Bayramov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışılıb. Qeyd edilib ki, gənclərimizin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilmələri, onların vətənpərvər gənclər kimi formalaşmaları olduqca əhəmiyyətlidir.
Tədbir diskussiya şəklində davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.