Qobustan rayonunda “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusu müzakirə olunub
Martın 11-də Qobustan şəhəri E.Vəliyev adına 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-nın əməkdaşı Həsən Əhmədli, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər, eyni zamanda 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


