Qobustan rayonunda dinin siyasiləşdirilməsi mövzusu müzakirə olunub
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ə. İbrahimov adına Nabur kənd tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Nahid Babaşov, kənd ziyalıları, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda dövlətin dinə olan diqqət və qayğısından, ölkəmizdə olan tolerant mühitdən danışılıb. Həmçinin dinin siyasiləşdirilməsinin fəsadlarından bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

