Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2023 / Bölgə xəbərləri

Qeyri-islam dini konfesiyyaların nümayəndələri Zəfər Günü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

8 Noyabr-Zəfər Günü ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-islam dini konfesiyyaların nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərimizin ruhuna dualar oxuyublar. 

Çıxışlarda Zəfər Gününün önəmindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun düşmən üzərində tarixi qələbəsindən, bu qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin sücayətindən bəhs olunub.

Qeyd edək ki, ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı iştirak edib.