Qəbələdə xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu müzakirə olunub
Yanvarın 15-də Qəbələ şəhəri N. Apayev adına 4 saylı tam orta məktəbdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dövlətimizin milli və mənəvi dəyərlərimizə olan qayğısından bəhs olunub. Gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, eləcə də xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolundan danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

