Qəbələdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə olunub
Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonu Müşfiq Murtuzov adına Tüntül kənd tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin zəruriliyi bildirilib. Daha sonra şəhid və qazilərin göstərdikləri şücaətin gənc nəsillərə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.