Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2024 / Bölgə xəbərləri

Qəbələdə “Mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusu müzakirə olunub

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə “Mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərinə bağlılığının önəmindən danışılıb. Eyni zamanda 
milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunmasının Ulu Öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğu və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.