Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2025 / Bölgə xəbərləri

Qəbələdə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir təşkil olunub

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə  Qəbələ rayonu Nic qəsəbəsi 3 saylı tam orta  məktəbində “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikahın cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.