Qəbələdə din xadimlərinin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib
İyulun 16-da Qəbələ şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə “Din xadimlərinin korrupsiyaya qarşı mübarizə və maarifləndirmədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı korrupsiyaya şərait yaradan hallardan və onunla mübarizə yollarından bəhs olunub. Natiqlər, həmçinin, din xadimlərinin bu sahədə maarifləndirmə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, bütün səmavi dinlərin müqəddəs kitablarında başqasının haqqına girməklə əldə edilən qazancın bəyənilmədiyi və bu cür hallarla mübarizənin dini baxımdan da zəruri olduğu açıq şəkildə göstərilib.