Qazaxda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub
Oktyabrın 11-də Qazax Olimpiya İdman Kompleksində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, regional bölmənin əməkdaşı Vüqar Əliyev, Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanması və torpaqlarımızın azad olunması qeyd ediblər. Çıxış edənlər, həmçinin gənclərimizin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.