Qazaxda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 12-də Qazax rayonu Şahnabad Nəsibov adına Sarıvəlli kənd tam orta məktəbində ”Dini radikalizmin təhlükələri, narkomaniya, erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub. Bu cür tədbirlərin vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

