Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.08.2019 / Bölgə xəbərləri

Qazaxda maarifləndirmə tədbiri keçirilib

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov,  DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev,  Narkoloji Dispanserin həkimi Nahidə Osmanova, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Rauf Qasımov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və ziyalılar iştirak ediblər.

Çıxışlarda narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə marifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Narkomaniyaya qarşı maarifləndirmə xarakteri daşıyan tədbirlərin önəmi qeyd olunub, uşaqların bu bəladan müdafiə olunması üçün məktəbin və ailənin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.