Qazaxda dini radikalizm mövzusu müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi, Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 4-də Çayli kənd 2 saylı tam orta məktəbində “Radikal dini cəryanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxış edən natiqlər dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Radikal dini təsirlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

