Qazax rayonunda yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri kerçirilib
Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax rayonunda yerləşən hərbi hissələrdə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyətinin, hərbi intizamın möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu”, “İntihar və özünə xəsarət yetirmə İslam dinində ən böyük günahlardandır”, "Dini radikalizm, zərərli vərdişlər və intiharın sosial-psixoloji aspektləri" mövzularında tədbirlər keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin aparıcı məsləhətçisi Vüqar Əliyev, QMİ-nin Qazax bölgəsi üzrə qazısı İlham Süleymanov, hərbi hissənin İdeoloji iş və mənəvi- psixoloji təminat bölməsinin rəisi Rüfət Quliyev, eyni zamanda şəxsi heyət iştirak edib.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə mütəmadi keçirildiyi diqqətə çatıdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.