Qazax Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirmə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi, Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə fevralın 20-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində "Dini radikalizmə qarşı konstitutsional hüquqi mexanizmlər" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax rayon Prokurorunun köməkçisi Aidə Nəzərli, Qazax Sosial İqtisadi kollecinin şöbə müdiri Elvira Əfəndiyeva, müəllim və gənclər iştirak ediblər.
Mövzu ilə bağlı fikirlərini bölüşən tədbir iştirakçıları bu mexanizmlərin əhəmiyyətinə diqqət çəkiblər.
Tədbir müzakirələrlə davam etdirilib.

