Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2023 / Bölgə xəbərləri

Qaxda "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər E.Babayev adına 4 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq”  mövzusunda seminar keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax şəhər E.Babayev adına 4 saylı tam orta məktəbin direktoru Vüsalə Vəzirli, Qax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub, yeniyetmə və gənclərin sağlam mühitdə yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu  vurğulanıb.  Dini cəhalətin, dini xurafatın, dini fanatizmin radikalizm və ekstremizmə yol açdığı, həmçinin,  dini ekstremizmin dünyada meydana gətirdiyi  fəlakətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini sahədə tolerantlıq mühitinin qorunması, qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınmasının önəmindən danışılıb.

Seminar diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.