Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.08.2023 / Bölgə xəbərləri

Qaxda və Siyəzəndə multikulturalizm mövzusu müzakirə edilib

Avqustun 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meylilərinin yaratdığı problemlər”  mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Qax RİH-nin əməkdaşı Fərid Muradov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha bir tədbir Siyəzən rayonunda baş tutub. “Gənclər arasında multikulturalizm ənənələrinin təbliği” mövzusunda keçirilən tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Nərmin Nəbiyeva və gənclər qatılıblar.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmiz əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.