Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.06.2025 / Bölgə xəbərləri

Qaxda “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı” mövzusunda maarifləndirici tədbir keçirilib

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Qax rayon Ləkit kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mövcud olan dini mühit, uğurla həyata keçirilən dövlət-din siyasəti və cəmiyyətin dini sabitliyinin təmin olunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda radikal dini cərəyanların mahiyyəti, onların yaranma səbəbləri və cəmiyyətə təsirləri barədə danışılıb. Vurğulanıb ki, belə cərəyanlar vətəndaş cəmiyyətinin parçalanmasına yol aça bilər və bu təhlükənin qarşısının alınmasında hər bir fərdin rolu mühümdür. Natiqlər gənclərin radikal dini təsirlərdən qorunması üçün onların savadlı, geniş dünyagörüşünə malik, milli-mənəvi dəyərlərə sadiq və sağlam düşüncəli vətəndaş kimi yetişməsinin zəruriliyini xüsusi qeyd ediblər.
Tədbirdə məktəblilərin mövzu ilə fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.