Qaxda "Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda müzakirələr aparılıb
Fevralın 8-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Güllük kənd tam orta məktəbində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon Güllük kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə qızların təhsildən yayındırılması hallarının səbəb olduğu problemlərə toxunulub. Qız övladlarının təhsil almasının gələcəkdə sağlam cəmiyyətin formalaşmasına böyük töhfə verəcəyi vurğulanıb.
Çıxışlar yekunlaşdıqdan sonra tədbir diskussiya şəklində davam etdirilib.


