Qaxda multikulturalizm mövzusu müzakirə olunub
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil, Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə Qax şəhər Namiq Allahverdiyev adına 2 nomrəli tam orta məktəbdə “Azərbaycanda dini dözümlülük və multikulturalizm gündəlik həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, təşkilatçı qurumların əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda mövcud olan dini dözümlülük mühitindən danışılıb. Qeyd edilib ki, ölkəmizdə müxtəlif millətlərin nümayəndələri sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayırlar. Dini dözümlülük və multikulturalizm bu gün hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Tədbir mövzu ətrafında məktəblilərin fikirlərinin dinlənilməsi ilə başa çatıb.


