Qaxda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub
Dekabrın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonu Tasmalı kənd tam orta məktəbində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısının Tasmalı kənd üzrə nümayəndəsi Məhərrəm Alagözov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti qeyd edilib. Ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs olunub. Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər vurğulanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


