Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2022 / Bölgə xəbərləri

Qaxda maarifləndirmə tədbiri keçirilib

Oktyabr ayının 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonu Qum kənd tam orta məktəbində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, Qum kəndi “Cümə” məscidinin dini icma sədri Əziz Şahmalıyev, məktəbin müəllim  və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolundan bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.