Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.09.2024 / Bölgə xəbərləri

Qaxda maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 20-də Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsinin, Rayon İcra Hakimiyyəti və “Mərkəzi Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İslam sülh dinidir!”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, “Mərkəzi Cümə” məscidinin imamı Xəzər Xəlilov, dini icma üzvləri rayon dindarları iştirak edib.

Çıxışlar zamanı qeyd edilib ki, İslam dini sülh dinidir və bəşəriyyəti sülhə çağırır. O da vurğulanıb ki, dinimizin müqəddəs kitabı olan Qurani-Kərimdə sevgi, mərhəmət, ədalət, xeyirxahlıq və sülh anlayışlarına geniş yer verilir.

Tədbir qarşılıqlı diskussiya və iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.