Qaxda maarifləndirmə tədbiri keçirilib
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Zəyəm kənd tam orta məktəbində “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Zəyəm kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən işlərdən bəhs olunub. Bu istiqamətdə dini icmaların rolu vurğulanıb.
