Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.08.2023 / Bölgə xəbərləri

Qaxda “Dini radikalizm, fanatizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda seminar keçirilib

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti, Ləkit kənd Bələdiyyəsi və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Qax rayonu A.Kazımov adına Ləkit kənd Diyarşünaslıq Evində “Dini radikalizm, fanatizm və ekstremizmin mahiyyəti və təhlükələri”  mövzusunda seminar keçirilib.

Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Qax RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Fərid Muradov, Ləkit kənd Bələdiyyəsinin sədri Abdulla Kazımov, rayonda fəaliyyət göstərən digər qurumların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. 

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib, bu istiqamətdə aparılan mübarizə tədbirlərindən bəhs olunub. Cəmiyyət arasında radikalizm və ekstremizmin təbliğ olunması istiqamətində fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizənin aparılmasının vacibliyi vurğulanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, bu gün də öz aktuallığını qoruduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırııb, DQİDK-nın sifarişi ilə çap edilən maarifləndirici ədəbiyyat paylanıb.