Qaxda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusu müzakirə olunub
Fevralın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qax rayonu Qum kənd Zakir Müslümov adına tam orta məktəbdə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşı İlqar Qədimov, müəllimlər, yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər.
Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, həmçinin fəsadlarından bəhs olunub. Dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

