Qaxda azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərin önəmi müzakirə olunub
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın akt zalında azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərin önəmindən bəhs edən seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov, Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin müdiri Kəmalə Məcidova, Qax MKS-nin direktoru Güllü Əhmədova, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu vurğulanıb, bu ideologiyanın dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri müstəvisində həyata keçirilən azərbaycançılıq ideologiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

