Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2024 / Bölgə xəbərləri

Qaxda “17 Noyabr-Milli Dirçəliş Günüdür”  mövzusunda tədbir keçirilib

Noyabrın 26-da Qax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “17 Noyabr-Milli Dirçəliş Günüdür” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin apardığı anti-Azərbaycan siyasətinə etiraz edən Azərbaycan ictimaiyyəti ayağa qalxdı. Ölkəmizdə bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amillərdən biri sayılır. Bildirilib ki, 1992-ci il noyabrın 17-i tarixindən Milli Dirçəliş Günü dövlət səviyyəsində qeyd olunur.
Tədbir qarşılıqlı müzakirələrlə sona çatıb.